Medianews.az
Marketlərdə dovşan əti satılır -
48 baxış

Marketlərdə dovşan əti satılır - Halaldır, yoxsa haram?

Son günlər marketlərdə dovşan ətinin satışı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Bəzi şəxslər dovşan ətinin haram olduğunu bildirərək, bu məhsulun satışının qadağan edilməsini tələb edirlər.

Məsələ ilə bağlı ilhahiyyatçı Tural İrfan Milli.Az-a açıqlamasında bildirib ki, dovşan əti məkruhdur, haram deyil. Yəni bəyənilmir, amma yeyilərsə də günah sayılmaz.

T.İrfanın sözlərinə görə, dovşan ətinin yeyilməsinin məkruh olması ilə bağlı müxtəlif rəylər var.

İlahiyyatçı qeyd edib ki, heyvanın anatomik xüsusiyyətində insana bənzər bəzi hallar var. Eyni zamanda söyləyib ki, bir heyvanın yeyilməsinin məkruh olması sırf ətinin zərərli olması ilə bağlı deyil:

"Həmin növün az artımını nəzərə alaraq nəslinin tükənməməsi üçündür. Məsələn, at əti ona görə məkruhdur ki, məişətdə geniş istifadə olunur. Dovşan əti ilə bağlı da bu cür yanaşmalar var. Lakin xüsusi ətlik növlərini bəsləyib, artırıb yemək olar".

Bizə qoşulun