Medianews.az
Marketdə ürəyi dayanan müştəri belə xilas edildi -
60 baxış

Marketdə ürəyi dayanan müştəri belə xilas edildi - ANBAAN VİDEO

Türkiyənin Bursa şəhərinin Gürsu rayonunda fəaliyyət göstərən şəbəkə supermarketlərindən birində baş verən hadisə faciə ilə nəticələnmək üzrə olsa da, mülki geyimli jandarma əməkdaşlarının operativ müdaxiləsi bir insanın həyatını xilas edib.

Medianews.az xəbər verir ki, hadisə mayın 3-də saat 17:30 radələrində qeydə alınıb.

Məlumata görə, alış-verişini tamamlayan şəxs kassada ödəniş edərkən qəfil huşunu itirərək yerə yıxılıb. Həmin vaxt marketdə olan mülki geyimli jandarma əməkdaşları vəziyyəti görərək dərhal müdaxilə ediblər.

Jandarma zabiti nəbzi dayanan şəxsə ürək-ağciyər reanimasiyası (ÜA) tətbiq edib. Vaxtında edilən müdaxilə nəticəsində şəxsin həyati əlamətləri qısa müddətdə bərpa olunub.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən ilkin yardım göstərildikdən sonra vətəndaş xəstəxanaya aparılıb. Onun sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Həyat xilas edən həmin anlar supermarketin təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.

Medianews.az

Bizə qoşulun