Fransanın birinci xanımı Brigitte Macron radikal feministləri, zorakılığa qarşı etiraz edənləri "murdar qızlar" adlandırıb.
Medianews.az xəbər verir ki, Brigitte Macron onları bu cür adlandırdığı üçün sərt şəkildə tənqid olunub.
Fransalı deputat Sarah Legrain və digər ictimai fiqurlar da Macronun sözlərini tənqid edib. Birinci xanımın sözçüsü isə bildirib ki, bu ifadələr yalnız feministlərin şounu pozan radikal hərəkətlərinə münasibətdir və Brigitte Macron bu üsulları təsdiqləmir.
Medianews.az

