Rusiyada kanalizasiya quyusunun qapağı yüksək sürətlə içərisində qadın və uşaqlar olan avtomobilin ön şüşəsinə çırpılıb.
Medianews.az xəbər verir ki, hadisə Krasnoyarsk
Qadın hərəkətdə olarkən yanından sürətlə keçən avtomobil yoldakı kanalizasiya quyusunun qapağına çırpılıb. Zərbə qapağı parçalayıb və bir parça birbaşa qadının idarə etdiyi avtomobilin ön şüşəsinə dəyib.
Xoşbəxtlikdən parça heç kimin oturmadığı sərnişin oturacağına düşüb. Qadının ərinin dediyinə görə, qadında yalnız kiçik cızıqlar olub, uşaqlar isə xəsarət almayıb.
Kanalizasiya quyusunun yolun kənarında necə olduğu hələ də bəlli deyil.
Qadın polisə şikayət edib.
Medianews.az