Medianews.az
Lavrov ABŞ-nin bu hərəkətlərindən
70 baxış

Lavrov ABŞ-nin bu hərəkətlərindən narahatdır

ABŞ-nin Karib dənizindəki hərəkətləri və Pentaqonun Venesuelaya qarşı davakar açıqlamaları Rusiyanı narahat edir. 

Medianews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə görüşündə bildirib.

O əlavə edib ki, Vaşinqtonun bu cür hərəkətləri beynəlxalq səhnədə mövcud güc balansı daxilində hər hansı bir razılaşmaya nail olmaq ümidlərini sarsıdır.

Lavrovun sözlərinə görə, ABŞ-nin Karib dənizindəki hərəkətləri bütün ölkələr arasında düşmənçilik yaradır, lakin Avropa ölkələri gizli mövqe tutur və reaksiyalarını bildirmirlər.

Medianews.az

Bizə qoşulun