"Barselona"nın gənc ulduzu Lamin Yamal UEFA Çempionlar Liqası (ÇL) tarixində 18 və daha aşağı yaşlı futbolçular arasında ən məhsuldar oyunçu olub.
Oxu.Az xəbər verir ki, gənc hücumçu ÇL-nin əsas mərhələsinin VI turunda Almaniyanın "Ayntraxt Frankfurt" komandasına qarşı matçda (2:1) məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə, cari mövsümdə hesabına yeddi qol və yeddi məhsuldar ötürmə yazan Yamal "Monako" və PSJ-nin heyətində 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Kilian Mbappenin rekordunu qırıb.