Türkiyədə kuryer baş verən mübahisədə müxtəlif bıçaq xəsarətləri alıb.
Medianews.az xəbər verir ki, hadisə noyabrın 29-da, axşam saatlarında, Adananın Sarıçam rayonunda baş verib.
Kuryer Zeynel Yalçın və yüngül ticari avtomobildə olan iki nəfər tıxacda yola görə mübahisə ediblər.
Davada Yalçın üzündən, ayağından və omba nahiyəsindən bıçaqlanıb.
Şübhəlilərin maşınlarına minərək ərazidən qaçdığı anlar təhlükəsizlik kamerasına düşüb. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Xəsarət alan Yalçın təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılaraq müalicə altına alınıb.
Polis qrupları şübhəlilərin müəyyən edilərək tutulması istiqamətində işlərini davam etdirir.
VİDEO: https://www.sozcu.com.tr/yol-vermedi-diye-kuryeyi-yuzunden-bicakladilar-p265512
Medianews.az