Medianews.az
Krım körpüsündəki terrora görə 8 nəfər
36 baxış

Krım körpüsündəki terrora görə 8 nəfər ömürlük həbs edildi

Rusiyada məhkəmə 2022-ci ildə Krım körpüsündə törədilən partlayışla bağlı 8 nəfəri ömürlük həbs cəzasına məhkum edib.

Medianews.az xəbər verir ki, bu barədə məlumatı Qafqazinfo yayıb. 

Bildirilib ki, Cənub Dairə Hərbi Məhkəməsi Artyom və Georgi Azatyan, Roman Solomko, Vladimir Zloba, Artur Terçanyan, Oleq Antipov, Aleksandr Bılin və Dmitri Tyjelıxı terror aktının törədilməsində və partlayıcı qurğunun qanunsuz dövriyyəsində təqsirli bilib. 

Sözügedən şəxslərdən heç biri özünü ittiham üzrə təqsirli hesab etməyib. 

Xatırladaq ki, Krım körpüsündə terror aktı 2022-ci il oktyabrın 8-də səhər saatlarında törədilib. Körpünün hərəkət hissəsində içərisində partlayıcı qurğu olan yük avtomobili partladılıb. Hadisə nəticəsində 5 nəfər həlak olub. Onlar arasında yük avtomobilinin sürücüsü, eləcə də yaxınlıqdan keçən şəxslər olub. Rusiya Prezidenti Vladimir Putin partlayışı terror aktı adlandırmışdı.

Bizə qoşulun