Medianews.az
Kreml sirri açdı:
84 baxış

Kreml sirri açdı: Putin kortejsiz səfərlərə çıxır

Rusiya Prezidenti Vladimir Putin bəzən rəsmi kortejdən istifadə etmir və “səssiz şəkildə” hərəkət edir.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, prezidentin hərəkət marşrutları və təhlükəsizlik tədbirləri situasiyadan və ehtiyacdan asılı olaraq dəyişir. O vurğulayıb ki, bəzi hallarda Putin daha az diqqət çəkən formatda hərəkət etməyi üstün tutur, lakin bu, təhlükəsizlik protokollarının zəiflədilməsi anlamına gəlmir.

Kremlin nümayəndəsi qeyd edib ki, prezidentin təhlükəsizliyi daim ən yüksək səviyyədə təmin olunur, istər rəsmi kortej ilə, istərsə də alternativ formatlarda.

Bizə qoşulun