Türkiyəli məşhur rok ifaçısı Teoman konsert zamanı gözlənilməz davranışla sosial şəbəkələrdə gündəm olub.
Medianews.az xəbər verir ki, tamaşaçıların lentə aldığı görüntülərdə Teoman səhnədə vokalistinin yanına yaxınlaşıb, onun qarşısında diz çökərək bir müddət gənc müğənninin ayaqlarına baxıb.
Daha sonra o, vokalistin ayaqlarına toxunur. Bu anlar konsert iştirakçıları tərəfindən lentə alınıb və qısa müddətdə sosial mediada sürətlə yayılıb.
Maraqlı məqam isə odur ki, səhnədə yaşanan bu vəziyyətə baxmayaraq, vokalist fasiləsiz şəkildə ifasını davam etdirib.
Görüntülər sosial şəbəkələrdə böyük mübahisə yaradıb. İzləyicilərin bir qismi Teomanın davranışını “sadəcə səhnə şousu” kimi dəyərləndirsə də, digərləri bu hərəkəti “yersiz” adlandırıb.
Teomanın sözügedən səhnə performansı hazırda sosial media platformalarının ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Medianews.az