Medianews.az
KİV: İranda etirazlarda ölənlərin sayı 5 000-ə çatıb
88 baxış

KİV: İranda etirazlarda ölənlərin sayı 5 000-ə çatıb

İranda keçirilən genişmiqyaslı etirazlar zamanı ölənlərin sayı 5 000 nəfərə çatıb. Onlardan təxminən 500-ü təhlükəsizlik xidmətinin əməkdaşıdır.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi adı çəkilməyən İran rəsmisinə istinadən bildirib.

Rəsmi şəxsin sözlərinə görə, hakimiyyət orqanları İranda keçirilən etirazlar zamanı 5 000 nəfərin ölümünü təsdiqləyib, terrorçuları və silahlı üsyançıları günahsız iranlıları öldürməkdə ittiham edib.

Rəsmi şəxs qeyd edib ki, ən ağır toqquşmaların bəziləri və ən yüksək ölüm sayı separatçıların aktiv olduğu İranın şimal-qərbində qeydə alınıb.

HRANA insan haqları qrupu şənbə günü ölənlərin sayının 3 308-ə çatdığını bildirib. Həmçinin İranda 24 000-dən çox insanın həbs olunduğunu da bildirib.

Bizə qoşulun