Medianews.az
Keçmiş baş nazirin qatilinə hökm oxundu
95 baxış

Keçmiş baş nazirin qatilinə hökm oxundu

Yaponiyanın keçmiş baş naziri Sindzo Abeni qətlə yetirməkdə təqsirli bilənən 45 yaşlı Tetsuya Yamaqaminin məhkəməsi yekunlaşıb.

Medianews.az-ın məlumatına görə, Tetsuya Yamaqami ömürlük azadlıqdan məhrum edilib.

S.Abeyə sui-qəsd 2022-ci il iyulun 8-də, parlamentin yuxarı palatasına seçkilər ərəfəsində Nara şəhərində çıxış edərkən baş verib. Yaponiya vətəndaşı Tetsuya Yamaqami əldəqayırma odlu silahla keçmiş baş nazirə iki dəfə atəş açıb. Helikopterlə təcili xəstəxanaya çatdırılan 67 yaşlı siyasətçinin həyatını xilas etməyə çalışan həkimlərin bir neçə saatlıq əməyi nəticəsiz qalıb və onu xilas etmək mümkün olmayıb.

Medianews.az

Bizə qoşulun