Medianews.az
Mustafa Sandalı məhkəməyə verdi -
253 baxış

Mustafa Sandalı məhkəməyə verdi - FOTO

Türkiyəli məşhur müğənni Mustafa Sandal 7 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Emina Yahoviçə qarşı yenidən məhkəmə qarşısına çıxıb.

Medianews.az xəbər verir ki, Emina Yahoviç Mustafa Sandalı boşanma protokolunun bəzi müddəalarına əməl etməmək, aliment ödəmələrinə laqeyd yanaşmaq və avtomobil icarəsi öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Qeyd edək ki, cütlük 2018-ci ildə qarşılıqlı razılıq əsasında boşanıb. Razılaşmaya görə, iki uşağın qəyyumluğu anaya verilib, Beykozdakı ev satılıb və 2 milyon dollar Yahoviçə, 500 min dollar isə uşaqların təhsilinə sərf olunmalı idi. Sandal protokola əsasən, keçmiş həyat yoldaşına Serbiyada ev almalı və aliment ödəməli, Yahoviç isə öz və uşaqları üçün maşın icarəyə götürmək imkanına malik olmalı idi. Lakin son iddiaya görə, bu öhdəliklər tam yerinə yetirilməyib və Emina Yahoviç İstanbul Ailə Məhkəməsinə müraciət edib.

Medianews.az

Bizə qoşulun