Medianews.az
İtaliyada yanacaq tankeri partlayıb -
70 baxış

İtaliyada yanacaq tankeri partlayıb - ANBAAN GÖRÜNTÜLƏR

İtaliyanın Kaserta əyalətinin Teano şəhəri yaxınlığında yanacaq tankeri partlayıb. Partlayışdan sonra nəhəng alov əmələ gəlib.

Bu barədə Oxu.Az "Timesnownews" nəşrinə istinadən xəbər verir.

Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videolarda partlayış anları əksini tapır. Alovun magistral yolun üzərində səmaya yüksəldiyi görünür.

Hazırda xəsarət alanlar və ölənlər barədə rəsmi təsdiq yoxdur.

Bizə qoşulun