Fransada bir şəxsin 2009–2018-ci illər ərzində işə qəbul müsahibələrinə gələn 240-dan çox qadının içkisinə gizli şəkildə güclü sidikqovucu maddə(diüretik) qatdığı iddia olunur.
Medianews.az xəbər verir ki, həmin şəxs Fransada Mədəniyyət Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaş olub.
İstintaqa görə o, çay və qəhvəyə kimyəvi maddə əlavə edib. Daha sonra namizədləri uzun yürüşlərə aparıb. Bəzi qadınlar isə açıq məkanlarda təcili ehtiyac səbəbilə tuvalet axtarmağa məcbur qalıblar.
Polis əməkdaşları həmin şəxsin kompüterində “Təcrübələr” adlı fayl aşkarlayıb. Burada tarixlər, verilən dozalar, reaksiyalar və digər qeydlərlə yanaşı fotoşəkillərin də yer aldığı bildirilir. Bundan əlavə, onun qadın əməkdaşların ayaqlarını gizlicə çəkdiyi də iddia olunur.
Hadisə 2018-ci ildə bir həmkarının şübhəli davranışı görüb polisə məlumat verməsi ilə üzə çıxıb. Şəxs 2019-cu ildə “zərərli maddə vermə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “cinsi təcavüz”, “məxfiliyi pozma” kimi ittihamlarla vəzifədən uzaqlaşdırılıb. Məhkəmə prosesi davam edir.
Bəzi qadınların mülki iddia qaldıraraq təzminat qazansalar da nazirliyin baş verənlərə görə institusional məsuliyyət daşımadığı bildirilib.
Zərərçəkənlər uzunmüddətli psixoloji travma yaşadıqlarını, iş müsahibələrinə getməkdən çəkindiklərini deyiblər.
Medianews.az