Medianews.az
İşdəki stressə görə ürəyi
73 baxış

İşdəki stressə görə ürəyi 7 dəqiqəlik dayandı

22 yaşlı britaniyalı qız iş yerindəki şiddətli stress səbəbindən qəfil ürək tutması keçirib.

Medianews.az xəbər verir ki, onun hekayəsi Metro-da dərc edilib.

Kortni Stokes bildirib ki, hadisə istirahət günü, valideynləri ilə söhbət etdikdən sonra baş verib. Bağda Kortni qəfildən yıxılıb.

Qız, təcili yardım gələnə qədər ürək-ağciyər reanimasiyası və ürək masajı edən atasının sayəsində sağ qaldığını söyləyib.

Stokes xəstəxananın ona mitral qapaq disfunksiyası — qəfil ürək dayanmasına səbəb ola biləcək ürək anomaliyası diaqnozu qoyub. Həkimlər deyirlər ki, ürək dayanmanın qarşısını almaq demək olar ki, mümkün deyil, amma iş yerindəki stress prosesi sürətləndirib.

Qız hadisədən bir neçə gün əvvəl ürək döyüntülərinin tezləşməsi və başgicəllənmə hiss etdiyini, duş qəbul edərkən vəziyyətin daha da pisləşdiyini bildirib. Lakin o, bu simptomlardan narahat olmayıb. 

Medianews.az 

 

Bizə qoşulun