Medianews.az
İş yerinə silahlı hücumun görüntüləri -
50 baxış

İş yerinə silahlı hücumun görüntüləri - VİDEO

Ankaranın Çankaya rayonunda yerləşən əyləncə məkanında baş verən silahlı hücum hadisəsi şəhərdə böyük rezonans doğurub.

Medianews.az xəbər verir ki, hadisə zamanı mübahisə edən şəxslər sonradan məkana qayıdaraq atəş açıblar.

Polis qısa zamanda şübhəliləri saxlayıb.

Hadisə barədə verilən məlumata görə, bir əyləncə məkanında 5 nəfərin kobud və söyüşlü davranışla digər müştəriləri narahat etdiyi iddia edilib. Ofisiantlar tərəfindən xəbərdarlıq edilən şəxslərdən 3-ü ilə mübahisə düşüb və tərəflər arasında gərginlik yaranıb.

1 noyabr tarixində baş verən hadisədə mübahisədən sonra məkandan çıxan 3 nəfər, təxminən 1 saat sonra geri dönərək iş yerinə atəş açıblar. Hadisə yerinə dərhal polis göndərilib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparan polis əməkdaşları, qaçan şəxsləri gizləndikləri yerdə saxlayıblar. Onlar istintaqa cəlb edilib və hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Medianews.az

Bizə qoşulun