Medianews.az
33 yaşlı qadını küçənin ortasında dəhşət saçdı -
69 baxış

33 yaşlı qadını küçənin ortasında dəhşət saçdı - ANBAAN VİDEO

İstanbulda baş verən dəhşətli hadisə Türkiyə ictimaiyyətində böyük səs-küyə səbəb olub.

Medianews.az xəbər verir ki, 33 yaşlı Gözde Yılmaz əyləncə məkanının qarşısında alovlanan maddə ilə yandırılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hücum edən qadın Gözde Yılmazın yanına yaxınlaşaraq “Sevgilimləsən?” deyə qışqırıb və dərhal çaxmağı vuraraq gənc qadını yandırıb. Nəticədə G.Yılmaz ağır yanıq xəsarətləri alıb. Hadisə yerində olan dostları və ətrafdakı insanlar onun üzərinə su ataraq alovu söndürməyə çalışıblar. 

Yaralı qadın dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir və Yılmaz hazırda reanimasiyada müalicə alır.

Hadisədən sonra qaçan şübhəli qadın – S.A.G. – polis tərəfindən qısa müddətdə saxlanılıb. O, məhkəmənin qərarı ilə “qəsdən yaralama” ittihamı ilə həbs olunub və həbsxanaya göndərilib.

Hadisə anına aid görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlar Gözde Yılmazın yandırıldığı anı və ətrafdakı insanların onu xilas etməyə çalışdığı qorxunc səhnələri əks etdirir.

Medianews.az

Bizə qoşulun