Medianews.az
İrəvanı sevindirən xəbər YAYILDI -
215 baxış

İrəvanı sevindirən xəbər YAYILDI - Ankara “yox” demişdi...

“Bloomberg” agentliyi Türkiyənin yaxın 6 ay ərzində Ermənistanla sərhədlərin açılması məsələsini müzakirə etdiyini yazıb. Həmçinin məlumata görə, ötən həftə Türkiyə Ermənistan nümayəndələri Axurik-Akyaka sərhəd-keçid məntəqəsində və Gümrüdə görüşüblər. Görüşdə Gümrü-Qars dəmiryolunun bərpası və istismarı ilə bağlı texniki məsələlər müzakirə olunub.

Beləliklə, artıq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi fonunda Ankaranın da İrəvana müsbət mesajlar göndərdiyi bildirilir.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Ermənistan ilə Azərbaycan arasında sülh sazişi mütləq imzalanacaq:

“Artıq sazişin mətni Vaşinqtonda paraflanıb. Azərbaycan və Ermənistan liderləri bu sənədin imzalanmasında şəxsən iştirak etdilər. ABŞ Prezidenti Donald Tramp da prosesə şahidlik etdi. Hazırda kommunikasiya və əlaqələrin bərpası fonunda iş gedir. Türkiyə ilə də Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiya xətlərinin açılması istiqamətində müzakirələr aparılır.

İrəvanı sevindirən xəbər yayıldı: Ankara "yox" demişdi, tarix bilindi
İlyas Hüseynov

“Marqara” sərhəd-keçid məntəqəsinin açılması və minaların təmizlənməsi işləri çoxdan başlayıb. Türkiyənin bu məsələdə yeganə tələbi Azərbaycanın maraqlarının təmin edilməsidir. Ankara uzun illərdir məhz Qarabağın işğalına görə Ermənistanla münasibətləri düzəltmirdi. İndiki məqamda Bakı və İrəvan arasında sülh əldə edilirsə, Ankara ilə də əlaqələrin qurulmasında təəccüblü bir şey yoxdur. Lakin sülh əldə edilmədən, birmənalı şəkildə münasibətlərin normallaşmasından söhbət gedə bilməz”.

Bizə qoşulun