İranın İranşəhr bölgəsində saxta spirtli içkilərdən istifadə edərək zəhərlənən dörd nəfər dünyasını dəyişib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində digər 3 nəfər görmə qabiliyyətini itirib, daha 3 iranlı ağır vəziyyətdə xəstəxananın reanimasiya bölməsinə yerləşdirilib.
İnsidentlə bağlı yerli hüquq-mühafizə orqanları xüsusi bir qrup yaradıb və spirtli içki satan 3 nəfər saxlanılıb.
İranın Tibbi Ekspertiza Mərkəzinin məlumatına görə, ölkədə zəhərlənmələrdən ölənlərin təxminən 5 faizi saxta spirtli içkilərdən istifadə ilə bağlıdır.