İran hakimiyyəti, ABŞ-ın ölkənin enerji obyektlərinə hücum hədələri fonunda həmvətənlərini etiraz aksiyasına çıxmağa çağırıb.
Medianews.az Oxu24.com-a istinadla xəbər verir ki, bu barədə İranın gənclər və idman nazirinin müavini Əlirza Rəhimi məlumat verib.
"Bütün gəncləri, mədəniyyət və incəsənət xadimlərini, idmançıları və çempionları 'İran gənclərinin parlaq gələcək naminə canlı zənciri' milli kampaniyasında iştirak etməyə dəvət edirəm", - deyə nazirlik rəsmisi çağırış edib.
O qeyd edib ki, ölkənin mülki infrastrukturuna hücumun hərbi cinayət olduğunu nümayiş etdirmək üçün siyasi baxışlardan və əqidədən asılı olmayaraq çiyin-çiyinə dayanmaq çox vacibdir.