Medianews.az
Baş prokurorun sabiq birinci müavini vəfat etdi -
66 baxış
Yüklə

Baş prokurorun sabiq birinci müavini vəfat etdi - FOTO

Azərbaycanın Baş prokurorunun sabiq birinci müavini, keçmiş deputat Mətləb Mütəllimli vəfat edib.

Medianews.az Bakupost.az-a istinadla xəbər verir ki, istiqlalçı millət vəkili uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

M.Mütəllimlinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Mətləb Əzizulla oğlu Mütəllimli 20 may 1949-cu ildə Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. O, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olub.

M.Mütəllimli eyni zamanda Sosial Ədalət Partiyasının sədri kimi fəaliyyət göstərib. 

Müstəqilliyin ilk illərində hüquq-mühafizə orqanlarında çalışaraq Azərbaycanın Baş prokurorunun birinci müavini vəzifəsinədək yüksəlib.

Qeyd edək ki, mərhum ailəli idi, üç övladı var.

Allah rəhmət eləsin!

Bizə qoşulun