Medianews.az
İqtisadi artım faizi açıqlandı
67 baxış

İqtisadi artım faizi açıqlandı

Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-noyabr aylarında Azərbaycanda 116 milyard 320,1 milyon manatlıq, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, neft-qaz sektorunda 1,8 faiz tənəzzül, qeyri-neft/qaz sektorunda 3,2 faiz yüksəliş qeydə alınıb.

Adambaşına ÜDM 11356,4 manat göstərilir.

Sənayedə 1,1 faiz azalmanın, sərmayədə 3 faiz artımın rəsmiləşdiyi xəbər verilir.

Medianews.az bildirir ki, 1996-cı ildə ölkədə ÜDM 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz, 1999-cu ildə 7,4 faiz, 2000-ci ildə 11,1 faiz, 2001-ci ildə 9,9 faiz, 2002-ci ildə 10,6 faiz, 2003-cü ildə 11,2 faiz, 2004-cü ildə 10,2 faiz, 2005-ci ildə 26,4 faiz, 2006-cı ildə 34,5 faiz, 2007-ci ildə 25 faiz, 2008-ci ildə 10,8 faiz, 2009-cu ildə 9,3 faiz, 2010-cu ildə 5 faiz artıb.

2011-ci il 0,1 faiz, 2012-ci il 2,2 faiz, 2013-cü il 5,8 faiz, 2014-cü il 2,8 faiz, 2015-ci il 1,1 faiz, 2017-ci il 0,2 faiz, 2018-ci il 1,5 faiz, 2019-cu il 2,5 faiz, 2021-ci il 5,6 faiz, 2022-ci il 4,6 faiz, 2023-cü il 1,1 faiz, 2024-cü il 4,1 faiz yüksəlişlə bitib.

1995-ci ildə 11,8 faiz, 2016-cı ildə 3,1 faiz, 2020-ci ildə 4,2 faiz azalma rəsmiləşib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun