Medianews.az
Vikipediyanın fəaliyyətə başlamasından 25 il ötür
72 baxış

Vikipediyanın fəaliyyətə başlamasından 25 il ötür

Vikipediya onlayn ensiklopediyasının fəaliyyətə başlamasından 25 il ötür.

Medianews.az bildirir ki, Vikipediya 2001-ci il yanvarın 15-dən fəaliyyətə başlayıb və qısa müddətdə internetin ən populyar layihələrindən birinə çevrilib.

Vikipediya bu gün dünyanın nəhəng ensiklopediyası, zəngin informasiya mənbələrindən biridir.

ABŞ-ın Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uels tərəfindən təsis olunmuş Vikipediya bu gün internet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə çox yüksək reytinqə malikdir. 

Vikipediyaya müraciət edənlər buradan yalnız ensiklopedik məlumatlar deyil, eyni zamanda səhifələrə daxil edilmiş media-fayllar, animasiyalı sxemlər, üçölçülü obyektlər, interaktiv panoramlar da əldə edirlər.

2014-cü il yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti “Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında” qərar qəbul edib. Nəticədə AMEA-nın elmi müəssisə və təşkilatlarında viki-qruplar, İnformasiya Texnologiyaları İnstitutunda isə Viki Mərkəz yaradılıb.

Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur. 

Medianews.az

 

Bizə qoşulun