Medianews.az
İstanbulda məhkəmə: Gültəkin Hacıbəyli ilə bağlı qərar verildi
142 baxış

İstanbulda məhkəmə: Gültəkin Hacıbəyli ilə bağlı qərar verildi

İstanbul İdarə Məhkəməsi Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib.

Medianews.az bildirir ki, şikayətində G.Hacıbəyli onun barəsində çıxarılmış deportasiya qərarının dayandırılmasını istəmişdi.

İstanbul İdarə Məhkəməsi yanvarın 14-də G.Hacıbəylinin şikayətinin təmin olunmaması haqda qərar çıxarıb.

Xatırladaq ki, G.Hacıbəyli hakimiyyəti zorla ələ keçirmə cəhdində, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmada (Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri) təqsirləndirilən, oktyabrın 14-dən ev dustaqlığında olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində başladılmış cinayət işinin istintaqı çərçivəsində Türkiyədə saxlanılıb. Hazırda onun Azərbaycana deportasiya olunması məsələsinə baxılır.

G.Hacıbəyli iki aya yaxındır Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılır.

Medianews.az

Bizə qoşulun