Paytaxtın Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
DİN Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
15:18
Bakının Dərnəgül ərazisində yaşayış binasında yanğın başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, hadisə yerinə FHN-in qüvvələri və polis əməkdaşları cəlb olunub.