Medianews.az
Sabiq məmur arvadından gileylənib,
73 baxış

Sabiq məmur arvadından gileylənib, intihar etdi

Rusiyanın əmək və sosial müdafiə nazirinin keçmiş müavini Aleksey Sklyar Moskvadakı şəxsi evində ölü tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.

Qeyd olunur ki, 50 yaşlı Sklyar ölümündən əvvəl dostlarına mesajlar göndərərək intihar etməsində həyat yoldaşını günahlandırıb.

“Bu məlumatın hələlik rəsmi təsdiqi yoxdur”, – KİV qeyd edib.

Xatırladaq ki, Aleksey Sklyar 2018-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb və informasiya sistemlərinin inkişafı və dövlət xidmətlərinin elektron şəkildə göstərilməsi ilə bağlı sahələrə nəzarət edib. 2022-ci ildə Baş nazir Mixail Mişustinin əmri ilə vəzifəsindən azad edilib.

Bizə qoşulun