Medianews.az
Azərbaycanlı alim ABŞ-də
94 baxış

Azərbaycanlı alim ABŞ-də saxlanılıb

ABŞ-də yaşayan azərbaycanlı alim Şövqi Hüseynov bu ölkənin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Investigative Post” nəşri yayıb. 

Bildirilib ki, Baffalo Universitetinin professoru olan azərbaycanlı neyrobioloqun ölkədən deportasiya ediləcəyi gözlənilir.

Məlumata görə, Ş.Hüseynovun daha əvvəl məhkumluğu olmayıb və o, ABŞ-də 2029-cu ilə qədər işləməyə imkan verən vizaya sahibdir. 

Onun saxlanılmasına səbəb olan hadisə isə yanvarın 7-də qeydə alınıb.

Belə ki, Ş.Hüseynov yanvarın 7-də avtomobillə Baffalo şəhərini Kanadanın Ontario şəhəri ilə birləşdirən Niaqara çayının üzərində yerləşən “Peace” körpüsünü keçib və səhvən Kanada ərazisinə daxil olub. Alim geri qayıdarkən ABŞ sərhədçiləri tərəfindən saxlanılıb. 

Nəşr yazır ki, ABŞ-nin Gömrük və Sərhəd Xidmətinin adı açıqlanmayan nümayəndəsinin sözlərinə görə, qurum əməkdaşları onun ABŞ-dən deportasiya edilə biləcək şəxs olduğunu müəyyən edərək onu ICE nümayəndələrinə təhvil veriblər. 

Bununla belə, Hüseynovun konkret saxlanılma səbəbi açıqlanmayıb.

Bildirilib ki, nəşrin nümayəndələri professorla əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyiblər.

Bizə qoşulun