Medianews.az
"Levante" Fransa klubunun yarımmüdafiəçisini
58 baxış

"Levante" Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

İspaniyanın "Levante" klubu Fransanın "Lill" komandasının yarımmüdafiəçisi Uqo Raqubeni heyətinə cəlb edib.

"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb. 22 yaşlı yarımmüdafiəçi artıq bu səhər klubun idman şəhərciyinə gələrək, yeni komanda yoldaşları və məşqçilər heyəti ilə tanış olub.

U.Raqube 2024-cü ildə icarə əsasında ölkəsində "Dünkerk" klubunda "Levante"nin hazırkı baş məşqçisi Luis Kastronun rəhbərliyi altında oynayıb. O, karyerası ərzində "Le Man" klubunda da icarədə olub.

Qeyd edək ki, "Lill"də 2025-ci ilin iyunundan çıxış edən Uqo Raqube cari mövsüm oynadığı üç matçda məhsuldar göstəricilərlə yadda qalmayıb. "Transfermarkt" portalı yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro qiymətləndirir.

Bizə qoşulun