ABŞ Prezidenti Donald Tramp İranla bağlı mövqeyini nisbətən yumşaldandan, İranda etirazçılara qarşı zorakılığın azaldığı, rejimin aksiyaçıları kütləvi edam etmək planının olmadığını deyəndən sonra dünya bazarlarında neft ucuzlaşmağa başlayıb.
Medianews.az-ın məlumatına görə, Trampın bu açıqlaması ABŞ-ın İrana hərbi müdaxilə niyyətindən geri çəkilməsi kimi qəbul edildiyindən dünya bazarlarında gərginlik bir qədər azalıb. Neft qiymətləri son ayların zirvəsindən geri çəkilib, qızıl ucuzlaşıb, səhm bazarlarında isə qismən yüksəliş qeydə alınıb.
Yanvarın 15-də “Brent” markalı neftin qiyməti 3,3 faiz aşağı düşərək 64,32 dollar olub. Bir gün əvvəl qiymət 66,82 dollar idi.
Qızılın unsiyası isə 4642,72 dollardan 4610 dollara enib, yəni qızıl bir sutkaya təxminən 0,2 faiz dəyər itirib.
Analitiklər hesab edirlər ki, Trampın İranla bağlı daha ehtiyatlı mövqeyi dünya bazarlarında gərginliyi nisbətən səngitsə də, siyasi və geosiyasi qeyri-müəyyənlik hələ tam aradan qalxmayıb.