Medianews.az
Çempionlar Liqası:
461 baxış

Çempionlar Liqası: “Qarabağ” yanvara necə çıxır?

UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə liqa mərhələsinin altı turu geridə qalıb. Azərbaycan təmsilçisi “Qarabağ” 7 xalla 22-ci pillədədir. Qalan iki turda “Qarabağ” Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə evdə, İngiltərənin “Liverpul” komandası ilə səfərdə görüşəcək.

Medianews.az bildirir ki, 7-8-ci turlar 2026-cı il yanvarın 20-28-nə təyin olunub.

Reqlamentə görə, 36 komandalıq yarışda ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxır. Xallar bərabər olanda ardıcıllıqla bu meyarlar əsas götürülür: top fərqi, qol sayı, səfərdə qol sayı, qələbə sayı, rəqib meydanında qələbə sayı, komandanın raunddakı rəqiblərinin göstəriciləri (xal, top fərqi, qol sayı), cəza balı (sarı və qırmızı vərəqələr), komandanın reytinqi.

1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.

Toğrul  Əli
Medianews.az

Bizə qoşulun