“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp “Real”dan zəng alıb-almaması ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, “kral klubu” Xabi Alonso ilə yollarını ayırıb və komandanın baş məşqçisi vəzifəsinə Alvaro Arbeloanı təyin edib. Lakin Madrid klubunun bu posta gətirmək istədiyi başqa bir mütəxəssis Yurgen Kloppdur. Hətta İspaniya klubunun rəhbərliyinin onunla əlaqəyə keçdiyi iddia olunur.
“Telefonum zəng çaldımı? Əslində zənglər oldu, amma Madriddən deyildi. Bununla bağlı mənimlə birbaşa əlaqə saxlamağı lazım bilən bir neçə nəfər var idi”, – deyə Klopp "Servus TV"yə açıqlamasında bildirib.
Almaniyalı mütəxəssis Xabi Alonsonun gedişinin onu təəccübləndirdiyini də qeyd edib: “Alonsonun gedişinə təəccübləndim. Bəzi insanlar mənə mesaj yazdı, onlara müxtəlif emojilərlə cavab verdim”.
Hazırda Yurgen Klopp “Red Bull”un futbol şöbəsinin rəhbəri vəzifəsində çalışır. O, 2015-2024-cü illərdə “Liverpul”un baş məşqçisi olub.