Medianews.az
Yada sağaldan məşhur ədviyyat
135 baxış

Yada sağaldan məşhur ədviyyat kəşf edildi  

Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri rozmarin yarpaqlarında tapılan birləşmənin yaranın izi qalmadan sağalmasını təşviq etdiyini aşkar ediblər.

Medianews.az xəbər verir ki, bu barədə araşdırma JCI Insight-da dərc edilib.

Siçanlar üzərində aparılan təcrübələr göstərdi ki, karnozik turşu kremi sağalmanı sürətləndirir, saç follikullarını, yağ bezlərini bərpa edir. 

Bu prosesdə əsas rolu əvvəllər çapıqsız sağalma ilə əlaqəli olan TRPA1 sensor proteini oynayır. Onun fəaliyyəti bloklananda rozmarin effekti itir.

Alimlər qeyd edirlər ki, kəklikotu və oregano kimi digər otlar da oxşar təsirə malikdir, lakin rozmarin öz effektivliyi və təhlükəsizliyi ilə seçilir. Tədqiqatçılar ümid edirlər ki, bu kəşf yaraların və çapıqların qarşısının alınması üçün yeni, ucuz müalicə vasitələrinin inkişafına səbəb olacaq.

Medianews.az

Bizə qoşulun