Medianews.az
Qəhvəyə olan sevgisinə görə
60 baxış

Qəhvəyə olan sevgisinə görə işdən qovuldu 

Bir qadın ilk günü ofisdən bütün qəhvəni oğurlayıb.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə qadının iş yoldaşı "Reddit" platformasında anonim şəkildə paylaşım edib.

Qadının sözlərinə görə, yeni işçi əvvəlcə heç bir şübhə doğurmayıb. İlk gününün yarısında o, fasilə otağına daxil olub və qəhvə maşınının yanında iki böyük çanta üyüdülməmiş qəhvə görüb.
İstifadəçinin sözlərinə görə, qadın həmkarlarından kimin olduqlarını soruşub. Onlar izah ediblər ki, hər kəs onlardan istifadə edə bilər: şirkət işçilərə pulsuz kofe təqdim edir.

İş gününün sonuna yaxın şirkət işçiləri qəhvə paketlərinin yoxa çıxdığını görüblər. Məlum olub ki, qadın onları oğurlayıb. İşçi həmkarlarının izahatını səhv başa düşərək bunu bilmədən etdiyini bildirib. Buna baxmayaraq, ertəsi gün o, müdirinin kabinetinə çağırılıb və işdən qovulub. 

Medianews.az

Bizə qoşulun