Medianews.az
“Qarabağ” “Çelsi”yə qarşı -
204 baxış

“Qarabağ” “Çelsi”yə qarşı - Hər ikisinin 6 xalı var

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” meydana çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

“Çelsi” hazırda turnir cədvəlində 13-cü, “Qarabağ” isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var.

Xatırladaq ki, “Qarabağ” “Çelsi” ilə artıq iki dəfə qarşılaşıb.  Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə rəqibinə uduzub.

5 noyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 4-cü tur

21:45. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)

Baş hakim: Sebastian Qishamer (Avstriya)

Tofiq Bəhramov adına Respublika Stadionu.

Bizə qoşulun