Medianews.az
Fransada 10 nəfərin xəsarət aldığı
62 baxış

Fransada 10 nəfərin xəsarət aldığı qəza baş verib

Fransanın qərbində 35 yaşlı kişi piyadaları vurub, təxminən 10 nəfər xəsarət alıb.

Medianews.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Xəsarət alan 10 nəfərdən dördünün vəziyyətinin ağır olduğu qeyd edilir.

Məlumata görə, kişi qaz balonları olan avtomobilini yandırmağa cəhd edib.

Fransanın daxili işlər naziri Loran Nunes sosial şəbəkədəki səhifəsində ölkənin baş nazirinin tələbi ilə hadisə yerinə getdiyini açıqlayıb.

Medianews.az

Bizə qoşulun