Xəbər veridiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirir. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.
Medianews.az qeyd edir ki, İslam Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub.
1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə İdarəsində böyük iqtisadçı kimi başlayıb. 
Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib.
"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışıb.
2007-ci ildən 2011-ci il mayın 18-dək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləyib.
2011-ci il mayın 18-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.