“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv “Çelsi”nin U-19 komandası ilə qarşılaşacaq. “Azersun Arena”da keçiriləcək görüşə saat 15:00-da start veriləcək.
Xatırladaq ki, “Qarabağ”ın U-19 komandası Gənclər Liqasında bundan əvvəl “Benfika”ya (Portuqaliya) 1:7, “Kopenhagen”ə (Danimarka) 0:5, “Atletik”ə (İspaniya) isə 0:3 hesabı ilə uduzub.
Hazırda "Çelsi" 9 xalla 4-cü, xalı olmayan "Qarabağ" isə 35-ci pillədə qərarlaşıb.