Medianews.az
Tramp onu təhqir etmişdi -
93 baxış

Tramp onu təhqir etmişdi - Başına tale quşu qondu

ABŞ Prezidenti Donald Trampın Miçiqandakı Ford yük maşını zavoduna səfəri zamanı baş verən hadisə sosial mediada böyük rezonans doğurub. Fabrik işçisi Tomas Sabula səfər zamanı Trampa “pedofil müdafiəçisi” deyə qışqırıb, Tramp isə orta barmağını qaldıraraq ona qarşı reaksiya verib.

Musavat.com xəbər verir ki, hadisədən sonra Sabula ödənişsiz məzuniyyətə göndərilib.

O, ABŞ prezidentinin ondan qisas ala biləcəyindən narahat olduğunu bildirib, amma “peşman deyiləm, fürsət gələndə onu ələ keçirməlisiniz”, - deyə əlavə edib.

Birləşmiş Avtomobil İşçiləri (UAW) həmkarlar ittifaqı Sabulanın ödənişsiz məzuniyyətini tənqid edib. UAW-nin Ford bölməsinin vitse-prezidenti Laura Dikerson işçilərin heç kim – o cümlədən Prezident – tərəfindən kobud davranışa məruz qalmamalı olduğunu vurğulayıb.

Hadisə sonrası Sabula üçün təşkil olunan iki ayrı GoFundMe kampaniyası təxminən 480.000 və 329.000 dollar toplayıb. Kampaniyalar daha sonra dayandırılıb, topladılan ianələr ailənin gündəlik xərclərinə və qeyri-müəyyənlik dövründə dəstəklənməsinə yönəldiləcəyi açıqlanıb.

Sabula iki uşaq atasıdır və həmkarlar ittifaqı onun söz azadlığını müdafiə edir. Kampaniya bəyanatlarında, həmçinin, onun və həyat yoldaşının Forddakı işləri ilə ailələrini dolandırdığı, toplanan vəsaitin xərcləri qarşılamaq üçün istifadə ediləcəyi bildirilib.

Hadisə sosial mediada trend mövzusuna çevrilib və Trampın reaksiyası geniş müzakirələrə səbəb olub.

Bizə qoşulun