Ukraynada müharibəni başa çatdırma üçün ABŞ ilə Rusiya arasında yeni danışıqlar gözlənilir.
"Bloomberg"in məlumatına əsasən, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və Yaxın Şərq üzrə elçi Stiv Uitkof Moskvada Putinlə görüşməyi planlaşdırırlar.
Rusiya isə gözlənilən görüşdən öncə danışıqların şərtlərini maksimallaşdıraraq onu yeniləyir.
Rusiya Donetsk, Luqansk, Zaporojye və Xersonla yanaşı, artıq Xarkov, Nikolayev və Dnepropetrovsk vilayətlərinə də iddialarını irəli sürür.
Yanvarın 14-də Rusiya xarici işlər naziri Sergey Lavrov bu ərazilər üzrə Rusiyanın tələblərinə yenidən "Novorossiya" adı ilə istinad edib.
Krımın taleyi isə həm Avropanın sülh konsepsiyasında, həm də ABŞ-nin planlarında Ukrayna üçün xeyirli perspektiv vəd etmir.
Bu, Rusiyanın masada güclü və üstün görünmək cəhdidir və ehtimalla Kreml:
- Rusiyanın tələblərinin ABŞ-nin təklif etdiyi 28 bəndlik planda əks olunanlardan daha böyük olduğunu sübut etməklə danışıqlardan daha mənfəətli çıxmağı hədəfləyir,
- ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatlarla Kremlin qarşısına çıxan riskləri Ukrayna üzərindən kompensasiya etməyə cəhd göstərir.
Başqa məqam isə Donald Trampın Qrenlandiyanı ilhaq etmək planı ilə əlaqəlidir.
ABŞ ilə Rusiya razılıq əldə etsələr, onların növbəti bazarlıq meydançası Qrenlandiyadakı sərvətlərin bölüşdürülməsi planı üzərində qurulacaq.
Aqşin Kərimov,
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı