ABŞ Prezidenti Donald Tramp bu gün Vaşinqtonda Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonu qəbul edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Trampın yanvarın 15-i üçün dərc olunan cədvəlinə əsasən, görüş yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə saat 21:30 - red.) baş tutacaq.
Görüş Oval kabinetində deyil, Ağ Ev prezidentinin şəxsi qonaq otağında, ehtimal ki, nahar vaxtı keçiriləcək.
Qeyd edək ki, Venesuela xalqının demokratik hüquqlarının inkişafı yolunda yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçidə nail olmaq uğrunda apardığı mübarizəyə görə Mariya Korina Maçado 2025-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores həbs edilərək Nyu-Yorka aparılıblar.
ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin "narkoterrorizm" və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.