Medianews.az
"Madaqaskar"ın davamı çəkilə bilər
98 baxış

"Madaqaskar"ın davamı çəkilə bilər

Məşhur "Madaqaskar" cizgi filminin yaradıcısı Tom MakQrat franşizanın dördüncü hissəsini çəkmək istədiyini etiraf edib.

Lent.az xəbər verir ki, bu məlumat Animationscoop.com saytında dərc olunub.

Layihənin ssenaristi və rejissoru Erik Darnell qeyd edib ki, o və MakQrat "Madaqaskar"ın davamını çəkmək üçün ideyalara malikdirlər.

Lakin animatorlar digər layihələrlə məşğul olduqları üçün yaxın zamanda film üzərində işləyə bilməyəcəklər. Onlar gələcəkdə dördüncü hissənin çəkiləcəyini inkar etməyiblər.

Bizə qoşulun