Medianews.az
"Roma" fransalı hücumçunu
67 baxış

"Roma" fransalı hücumçunu heyətinə qatıb

İtaliyanın "Roma" klubu Fransanın "Marsel" komandasından hücumçu Robinyo Vazı transfer edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı paytaxt təmsilçisinin mətbuat xidməti yayıb.

18 yaşlı fransalı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Transfermarkt" portalı onun dəyərini 10 milyon avro qiymətləndirir. Robinyo Vaz 2025/2026 mövsümündə keçirdiyi 10 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizə qoşulun