Medianews.az
Yusif Ağayev 26 ildir işlədiyi ATV-ni tərk edib, “Xəzər”ə gedir? - “Hər şey yaxşı olacaq, Murad Dadaşovla görüşdüm”
187 baxış

Yusif Ağayev 26 ildir işlədiyi ATV-ni tərk edib, “Xəzər”ə gedir? - “Hər şey yaxşı olacaq, Murad Dadaşovla görüşdüm” - AÇIQLAMA/ÖZƏL

Tanınmış teleaparıcı və radio dj Yusif Ağayev instaqram səhifəsində Xəzər Media Mərkəzinin direktoru Murad Dadaşovla fotosunu paylaşaraq “Hər şey yaxşı olacaq” sözlərini yazıb. Əksər izləyicilər bu paylaşımı teleaparıcının 25 ildir çalışdığı Atv kanalını tərk etməsinə eyham vurduğunu bildirib. Sosial şəbəkədəki sualları cavabsız qoyan Yusif Ağayevlə əlaqə saxladıq.

Medianews.az-a açıqlama verən tanınmış teleaparıcı Murad Dadaşovla hava limanında qarşılaşdığını bildirib:

“Bəli, mən Avstriyaya yola düşəndə hava limanındakı ilk paylaşımımda bu ifadəni qeyd etmişdim-"Hərşey yaxşı olacaq"... Murad Dadaşovla hava limanında görüşdüm. O ki, qaldı Xəzər televiziyasına getməyimə...Bilirsiniz, ingilislərin belə bir deyimi var: "Never say never", ana dilimizdə isə bu-"Heç vaxt heç vaxt demə" anlamına gəlir. Həyat gözlənilməz ani sürprizlərlə doludur və heçkim Allahın onun taleyinə yazdığı qədər-qismətdən xəbərdar deyil”.



O artıq 26 ildir Atv kanalında çalışdığını bildirib:

“Atv kanalının başlanğıcı 1999-cu il 5 mart tarixi 106Fm-dən başlayır. Hərçənd mən martdan da öncə sentyabr ayından gəlib təşkilati işlərlə məşğul olurdum. Böyük bir kollektiv var idi. İndi o vaxtkı kollektivdən məndən başqa qətiyyən heç kim qalmayıb. Hər şey yüksək peşəkarlığa, məsuliyyətə, nizam-intizama, vəfa-sədaqətə, ən əsası isə fədakarlığa bağlı idi. 26 ildir mənə doğma olan Azad Azərbaycan teleradio şirkətində ona xəyanət etmədən sədaqətlə, fədakarcasına işləyirəm. 26 il bir igidin ömrüdür”.

Əli Əsgər, 
Medianews.az

Bizə qoşulun