Medianews.az
20 yaşlı qız sağ ikən
79 baxış

20 yaşlı qız sağ ikən morqa göndərildi

ABŞ-də 20 yaşlı qız sağ ikən morqa göndərilib.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 2020-ci ildə baş verib.

20 yaşlı Timesha Beauchamp serebral iflicdən əziyyət çəkirdi. Bir gün o, özünü pis hiss etdiyi üçün qohumları təcili yardım çağırıblar. Həkimlər ürək dayanmasından sonra yarım saat ərzində qızı həyata qaytarmağa çalışıblar. Lakin uğursuz cəhdlərdən sonra onun öldüyünü bildiriblər. Qız morqa aparılıb.

Orada Timesha cəsəd torbasında oyanıb. Morq işçiləri torbanı açanda onu sağ və nəfəs almaqda çətinlik çəkən vəziyyətdə tapıblar. Qız dərhal xəstəxanaya aparılıb. Lakin qız sağalmayıb iki ay sonra ölüb.

Miçiqan ştatının Detroyt şəhərinin ətrafındakı Sautfild şəhərinin hakimiyyət orqanları səhvən morqda saxlanılan qızın ailəsinə 3,25 milyon dollar ödəməyə razılaşıblar.

Tibbi ekspertlərin fikrincə, qız morqda deyil, dərhal xəstəxanaya yerləşdirilsəydi, onu xilas etmək mümkün idi. Qohumları bir neçə il şəhər hakimiyyəti ilə məhkəmə çəkişmələri apardılar və nəticədə barışıq əldə ediblər.

Medianews.az

Bizə qoşulun