Medianews.az
"İnanmıram ki, Röya buna razı olar"
48 baxış

"İnanmıram ki, Röya buna razı olar"

Müğənni Röya Ayxanın keçmiş həyat yoldaşı Anar yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, o, sənətə yeni addım ataraq müğənniliyə başladığını və Xalq artisti ilə duet oxumaq arzusunda olduğunu bildirib.

Bloger Kamran Razmovarın canlı yayımında mövzuya toxunan Anar, bu istəyinin Röya tərəfindən yaxşı qarşılanmayacağını da etiraf edib. Onun sözlərinə görə, keçmiş həyat yoldaşının belə bir əməkdaşlığa razılıq verəcəyinə inanmır.

Canlı yayım zamanı Kamran Razmovar isə zarafatla maraqlı bir təklif irəli sürüb. Bloger, Anarla duet ortağı kimi elə Röyanın özünü görməyin daha təsirli olacağını deyib və keçmiş sevgilər barədə mahnı ifa etmələrinin tamaşaçılar tərəfindən böyük maraq doğura biləcəyini bildirib.

Söhbət həm izləyicilərdə maraq yaradıb, həm də sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Anarın yeni musiqi planlarının reallaşıb-reallaşmayacağı suallar doğurub.

Bizə qoşulun