Medianews.az
Beynəlxalq Atom Enerjisi Agentliyi təcili iclas keçirəcək
82 baxış

Beynəlxalq Atom Enerjisi Agentliyi təcili iclas keçirəcək

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) sabah növbədənkənar təcili iclas keçirəcək.

İclas İrandakı vəziyyətlə əlaqədar Rusiyanın müraciəti əsasında baş tutacaq. Diplomatik dairələrin rəyinə görə, fevralın 28-də baş verən hücumlar zamanı İranın nüvə obyektlərinə zərər dəyməsinə dair heç bir əlamət yoxdur. Lakin İran nümayəndəliyi nüvə obyektləri üçün təhlükənin mövcudluğuna dair xəbərdarlıq edib və bu məsələnin BAEA qremiyalarında müzakirə edilməli olduğunu bildirib./AZƏRTAC

Bizə qoşulun