ABŞ və İsrailin birgə hava zərbələri nəticəsində öldürülən İranın ali rəhbəri Əli Xameneinin dəfn ediləcəyi yerlə bağlı müzakirələr gedir.
Politoloq Elçin Alıoğlunun Medianews.az-a bildirdiyinə görə, ekspert şərhlərində və mediada əsasən aşağıdakı variantlar hallandırılır:
- İran islam inqilabının lideri Ruhullah Xomeyninin Tehrandakı türbəsinin yaxınlığında;
- Məşhəddəki İmam Rza hərəmində;
- Qumdakı xanım Fatimeyi-Məsumə hərəmində;
- Qumdakı Cəmkəran məscidində.
E.Alıoğlunun sözlərinə görə, bir sıra analitiklər Xameneinin Qumdakı Cəmkəran məscidində dəfn olunması variantını daha ağlabatan sayırlar. Rəsmi qərar hələlik elan olunmayıb.