Paşinyanın partiyası seçkilərdə böyük üstünlüklə irəlidədir
Ermənistanda seçki məntəqələrinin bir hissəsindən daxil olan ilkin nəticələrə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası səslərin böyük hissəsini toplayıb.
Medianews.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, 2006 seçki məntəqəsindən 65-i üzrə səslər hesablanıb.
Nəticələrə görə, Mülki Müqavilə Partiyası 62,5 faiz səslə liderdir. "Güclü Ermənistan" partiyası 21,2 faiz, "Ermənistan" bloku isə 11,2 faiz səs toplayıb.