Dövlət ittihamçısının Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan tanınmış siyasi xadim Azər Qasımlıya 13 il cəza istəməsi birmənalı qarşılanmayıb.
Medianews.az-ın xəbərinə görə, tanınmış vəkil Aslan İsmayılov da ağır cəza tələbini tənqid edib:

“Siyasətçi Azər Qasımovla münasibətimiz heç də yaxşı olmayıb. Buna baxmayaraq, fəaliyyəti barədə məlumatlı olduğumdan ona elan olunmuş ittiham məndə ciddi şübhələr doğurur. Heç də inandırıcı deyil ki, o intellekt, ictimai mövqeyi, savad sahibi olan şəxs kiməsə hədə-qorxu gəlməklə pul tələb edə. İttiham real olsa belə, əvvəllər məhkum olunmamış, azyaşlı övladları olan, cəmiyyətdə kifayət qədər tanınmış şəxsə 13 il azadlıqdan məhrum etmə cəzası tələb etmək şübhəsiz ki, hansısa qərəzdən xəbər verir. Qərəz isə heç kimə, xüsusilə hakimiyyət mənsublarına heç vaxt xeyir verməyib”.